Azərbaycan (intiharlar ölkəsi)

Dəyərli oxucular, bu gün söhbət açacağım mövzü İlham Əliyevin yürütdüyü çürük fiaskoya uğradığı siyasətidir. Bildiyiniz kimi Əliyevlərin başçılığı ilə Azərbaycan 27 ildir əsarət altındadır. İlham Əliyev, atasının yürütdüyü siyasətə sadiq qalaraq Azərbaycan xalqını sömürməklə məşğuldur. İlham Əliyevin hakimiyyətdə olduğu 17 ildə bu ölkədə insan həyatı tam dəyərdən düşmüş və xalq hakimiyyətin quluna çevrilmişdir. Azərbaycan respublikasının konstitusiyasını rəhbər götürsək, hakimiyyətin mənbəyi xalq olsa da, bu gün tam tərsinə, yəni hakimiyyət xalqın mənbəyidir və xalq hakimiyyətin köləsidir. Bu gün xalqın seçib-seçilmək hüququ, istərsə dövlətin sərvətindən payı və sabaha təminatı əlindən alınmışdır. İlham Əliyevin yürütdüyü analoqu olmayan siyasəti nəticəsində Azərbaycan bu gün dünyanın “intiharlar ölkəsi”nə çevrilmişdir. Sözün əsl mənasında son zamanlar ölkə intiharlar burulğanına çevrilib. Hər keçən gün intihar xəbərləri artmaqdadır və hər sabahı yeni-yeni intihar xəbərləri ilə açırıq. Özünü asanlar, yandıranlar, özünü körpüdən atanlar, zəhər içənlər və s. üsullarla intihar edənlər, həyatına qəsd edənlər. İntihar edənlərin böyük əksəriyyəti bankların yüksək faizlərlə verdiyi kredit ödəyicisidirlər. Bu gün demək olar ki, əhalinin 50%-dən çoxu dövlətin kredit maxinasıyasında boğulur. Bu gün Əliyevlər ailəsinə məxsus olan ölkə bankları verdikləri yüksək faizli kreditlərlə xalqı soymaqla məşğuldur. Bir növ Əliyevlər hakimiyyəti kredit yolu ilə xalqı əlində saxlamağa çalışır.

Əziz Əzizli.

 

Bunu paylaş: