Azərbaycan hibrid müharibəsindən qorunmalıdır

 

Rusiya çox həyasızlıqla, beynəlxalq hüquqa sayqısızlıqla, Azərbaycan dövlətinin suverenliyinə məhəl qoymamaqla düz 30 ildir can atır ki, Azərbaycanın sərhədlərinin qorunması Rusiya hərbi qurumlarına həvalə edilsin. Bunun üçün dəridən qabıqdan çıxır desək yerinə düşər. Ancaq Azərbaycan hakimiyyətindən müsbət cavab almayanda ayılığına salmağı da əldən qoymur, Azərbaycana qarşı ağılasığmaz təxribatlar törədir. Qarabağ “probleminin” 30 il uzanmasınında ən önəmli səbəblərindən biri də budur.

İndi Rusiya öz əlaltılarının əli ilə 14 yüksək rütbəli, peşəkar, vətənə şərəflə xidmət etmiş, yüksək ixtisaslı və vətənpərvər zabitlərimizi helikopter qəzası adı ilə çox hiyləgərcəsinə sıralarımızdan aldı. Aldı ki, bəlkə bu yolla Azərbaycanın “sərhədlərinin qorunmasının” Rusiyaya həvalə edilməsinə nail ola bilsin. Tanrı bizimlə hibrid müharibəsi aparanların taxtını tez çökdürsün. Xalqımız da, elə hamı da bu hibrid müharibəsindən qorunmalı, öz ağıl, bacarıq və cəsurluğu ilə bu müharibənin də qalibi olmalıdır.

Rövşən Öntürk.

Bunu paylaş:

Bir cavab yazın