Azərbaycan həbsxanalarında niyə? Ölüm halları çoxalır

 

Hörmətli oxucular, sizlərlə bu gün Azərbaycan həbsxanalarındakı son məlumatları vermək istərdim. Son bir neçə həftədə həbsxanlarda məhkumlar arasında ölüm halları çoxalmaqdadır. Penitensiar Xidmətindən verilən məlumata görə, ölüm halları məhbusların ağır xəstəliyə tutulması üzündən baş verməkdədir. Bəzi hallarda isə, pandemiyanı misal gətirməklə vəziyyəti öz xeyrinə dəyişirlər.

Lakin əsil səbəb Azərbaycan xəstəxanalarındakı ağır şərait və vəziyyətdir.

Sizlərə türmələrdə olan vəziyyəti bildirmək istərdik.
İlk öncə ölüm hallarının bəziləri, Penitensiar Xidmətinin əməkdaşları tərəfindən törədilir. Məhkuma işgəncə vermək ölkəmizdəki həbsxanalarda dəb halına gəlmişdir. Bu vəziyyətə dözməyən məhkumlar isə, aldığı xəsarətlərdən qısa müddətdə ölürlər.

Digər səbəb isə, ölkə həbsxanalarındakı daxili vəziyyətdir. Türmə rəhbəri tərəfindən hər otağın, hər yeməyin, hər dərmanın və s qoyulmuş qiymətləri vardır. Bəzi məhbuslar pul ödəyərək həbsxanalarda normal həyat şəraiti sürür, bəziləri isə, düzgün qidalanmamaqla, isti yerdə yatmamaqla bir sözlə, maliyyə baxımından sıxıntıları olduqlarına görə həyatlarını itirirlər.

Aldığım məlumatlara görə Azərbaycan həbsxanalarında otaq qiymətləri 150 manatdan, 2500 manata kimi dəyişməkdədir. Bu qiymət yalnız bir nəfər üçün keçərlidir. Digər tərəfdən isə, türmələrdə daxili bazar hökm sürməkdədir, dərman belə 2-3 qat qiymətinə satılır.
Sonda qeyd etmək istərdim ki, ölkə həbsxanaları sanki şəhərciklərdir. Pulunu ver, hər şey al.
Belə olduğu halda, kimsə işgəncə görməkdən, kimsə isə, həbsxanalardakı vəziyyətdən həyatını itirməkdədir.
İlham Əliyev və hakimiyyəti bu şəraiti xalqımız üçün yaratmaqdadır.

Bunu paylaş:

Bir cavab yazın