Azərbaycan Fransaya “NOTA” verdi: Hədəf hər zamankı kimi Türkiyədir

 

Fransanın prezidentliyə yeni namizədi, keçmiş XİN Valeri Pekres və Avropa komissarı Mişel Barnier, “Rusiya sülhməramlılarının” nəzarətində olan Azərbaycan torpaqlarına qanunsuz səfər etmişlər. Məsələ ilə bağlı, Azərbaycan tərəfi yalnız rəsmi olaraq Fransa hökumətinə “NOTA” göndərmişdir. Hər zaman olduğu kimi, İlham Əliyev və hakimiyyətinin Rusiyaya etiraz etməməsi şübhə doğurmaqdadır. Yalnız bəziləri sadəcə sözdə etiraz etsələr də bu, yetərli deyildir.
İlk öncə, Valeri Pekresin Qarabağa qanunsuz səfəri, seçki zamanı dəstək almaq üçündür. Lakin…

Əsil səbəb nədir?
Söhbət Türkiyənin nə zaman ki, Amerika və Qərblə yaxınlaşması müşayiət olunur, bu zaman Azərbaycan rəhbərliyi Qərb ölkələrinə qarşı müharibə elan edir.

Putin və İlham Əliyev Türkiyəni necə Qərbdən uzaqlaşdırır.
Fikir versəniz, son bir neçə həftədir ki, Amerika, Qərb ölkələri ilə Türkiyə arasında isti münasibət yaranmaqdadır. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna, Əfqanıstan, İsrail barəsində çıxışında şahidi ola bilərik. Digər tərəfdən də, Almaniyanın yeni kanslerinin Ərdoğanla telefon danışığında görə bilərik.
Təbii ki, Fransa prezidenti Emanuel Makronun, son çıxışlarında Türkiyə barəsində dedikləri müsbət fikirlərini də qeyd etmək olar.

Nəticə…
Məsələ burasındadır ki, Rusiya rezidenti Vladimir Putinin əsas hədəfi Türkiyəni Qərbdən soyutmaq və NATO-dan uzaqlaşdırmaqdır. Bu vəziyyətdə isə, İlham Heydər oğlu Əliyev Putinin arzularını yerinə yetirə biləcək tək namizəddir.
Bu barədə sizlərə Axh-az.com saytımızda, bir neçə ay bundan əvvəl xəbər vermişdik.

Qərblə Rusiyanın münasibətləri artıq “soyuq müharibə” səviyyəsindən dahada pisdir. Ukraynada hər an, 3-cü dünya müharibəsi başlaya bilər. Lakin Putinə əsas maneə Türkiyə olduğundan, İlham Əliyevi aktivləşdirmişdir.
Putin anlayır ki, İlham Əliyev Qərbin lider dövlətlərindən biri olan Fransaya etiraz etdiyində, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bu məsələdə onu dəstəkləyəcəkdir. Bu zaman isə, Türkiyənin Azərbaycanı müdafiə etdiyinə görə, Amerika və Qərb ölkələri qınamağa başlayacaqlar.
Rəcəb Tayyib Ərdoğanın xarakteri isə, hər bir liderə sərt cavab verməyə yetərli olduğundan, Qərb ölkələri və Türkiyə arasında soyuqluq baş verəcəkdir.
Yəni bununla Putin, İlham Əliyevin əli ilə, Rəcəb Tayyib Ərdoğanı Amerika, Avropa ölkələrindən və NATO-dan spyutmalı olacaqdır. Beləliklə, Putinin əsil planı, müharibə astanasında Türkiyəni neytrallaşdırmaqdır. Bu gün ermənilərin də, bu plana dəstək verdiklərini görürük. Ermənistan rəhbərliyi bu səfərdə, Rusiyanın əli olduğunu dilə gətirərək, Moskva və Bakının aralarındakı münasibətləri soyutmaq istəyir. Digər tərəfdən isə, Fransadakı erməni lobbisi Türkiyəni Qərbdən uzaqlaşdırmağa çalışır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın