Azərbaycan – Ermənistan XİN-i görüşə bilər….

 

Azərbaycanla Ermənistan arasında müharibə bitdikdən sonra, hər iki tərəfin bir – birinə qarşı hələlik mülayim yanaşdığını görürük. Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyanın, son bir neçə gündə bir – birinə qarşı mehriban davrandıqlarını görə bilərik. İnanırıq ki, Ermənistan rəhbərliyi və xalqı onların sülh içində yaşamalarının tək yolunun Türkiyə və Azərbaycan olduğunu anlayıblar. Nikol Paşinyanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşmək üçün müraciət etdiyini bilirik.

Bu görüşlərdən əvvəl isə, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan XİN Ararat Mirzoyanın Avstriyada rəsmi görüşü olması nəzərdə tutulur. Yaxın vaxtlarda baş tutacaq görüşdə Azərbaycanın qarşısında iki əsas məsələnin durduğunu deyə bilərik:
“İlk özcə Zəngəzur dəhlizi və ilk Qarabağ döyüşlərində ermənilər tərəfindən əsir götürülmüş 5000 minə yanxın həmvətənlərimizin geri qaytarılmalıdır”.

Ceyhun Bayramovla Ararat Mirzoyan görüşü məhsuldar keçərsə, İlham Əliyev və Nikol Paşinyan görüşü baş tutacaqdır. Ermənistan tərəfi rəsmi Bakının əsas iki tələbinə əməl etməlidir. Çünki bu onların son şansıdır. Əgər anlaşma olmasa, Qafqazda yeni müharibə olacağı istisna edilmir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın