Azərbaycan – Ermənistan müharibəsində Qərbin “barmaq izləri”

25.10.20 tarixlərində Azerfreedom TV də Qurban bəy Rusiya prezidentinin çıxışını təhlil edərkən belə bir detala toxundu ki, sanki hansısa güclər Türkiyə ilə Rusiya arasında münaqişə yaratmaq istəyir və Ermənistanı bu məqsədlə “maşa kimi” istifadə etmək istəyirlər.
Bu versiya realdır, təhlil və araşdırmaq üçün mütləq nəzərə alınmalıdır.
Vaxtilə, hələ Türkiyə Suriyadakı münaqişəyə müdaxilə etməmişdi və orada Rusiya və Amerika qarşı- qarşıya gələn zaman, Amerika Rusiyanın hərbi təyyarəsini vurmağı “təşkil etdi”. Sonradan məlum oldu ki, Rusiya təyyarəsinin qalxma zamanını Türkiyəyə xəbər verən də, onun vurulmasını Türkiyə ordusunda öz agentləri (FETO) vasitəsilə həyata keçirən də Amerikadır. Həmin FETO – çular sonradan Rusiyanın Türkiyədəki səfirini də öldürdülər.
Başqa qarşıdurma cəhdini isə Amerikalılar bu dəfə Rusiyanın 34 Türkiyə əsgərini xaincəsinə Suriyanın İdlib bölgəsində qarşılıqlı razılaşmanı pozaraq öldürməsi oldu. Bu zaman Amerikanın Suriya məsələsində məsul şəxs olan C. Cefri türklərə sıcaq münasibət göstərib, türkcə “şəhidlərimiz” ifadəsini işlətdi və Amerikanın Türkiyənin yanında olduğunu dedi. Lakin bir qədər sonra Amerika Türkiyə ilə razılaşdırmaya əsasən Suriyanın Münbiç şəhərini Türkiyəyə verməli olduğu halda, Rusiyaya təhvil verdi.
Oxşar hadisələr Suriyada da baş verir. Belə ki, Amerika üzdə Türkiyəyə, arxada isə Türkiyə düşməni olan Misir rejiminə dəstək verir.
Düzdür, bu gün erməni – faşist ideologiyası Ermənistan hökumətinin gözünü ( bu artıq bir idealoji termin kimi leksikonda özünü təsdiq edib) elə tutub ki, onlar belə təhlillər aparmaq iqtidarında deyil, amma onlar yəqin ki, nə vaxtsa Qarabağ məğlubiyyətlərini təhlil edərkən bunu da nəzərə alarlar.

Ş. Şirvanlı.

 

Bunu paylaş: