Azərbaycan – Ermənistan hava yolları açıldı…

 

Son vaxtlar Azərbaycan və İran gərginliyi göy üzündə də davam etməkdədir. Söhbət İranın Azərbaycana qarşı olan yeni təxribatından gedir. Rəsmi Tehran Azərbaycanın böyük tutumlu təyyarələrinin İran üzərindən uçuşunu qadağan etmişdir. Nətiçədə rəsmi Bakı İrəvanla danışıqlar apardı və Ermənistan hava məkanından təyyarələrimiz üçün istifadəyə icazə verdi.

Azərbaycan rəsmi şəkildə Ermənistanın hava məkanından istifadə etməyə başladı. Eyni proseduru Ermənistanın mülki təyyarələri də Azərbaycan hava məkanından istifadə etməklə həyata keçirəcək.

Artıq Azal, İran hava dəhlizindən istifadə etməyib Bakı-Naxçıvan reysini qeyd olunan hava yollarından istifadə edəcək. Ermənistan hava məkanından istifadə etməklə, Azərbaycan Türkiyə arasındakı məsafəni azaltmaqla yanacaq sərfiyyatına da qənaət edə biləcək. Maraqlısı isə, görəsən, Azal-ın od qiymətinə olan biletlərində dəyişiklik olacaqmı?
Yoxsa Cahangir( Silk way)öz ampulasında, cibə girməkdə davam edəcək?

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın