Azərbaycan erməni hökumətinin qərarı…

 

Tərtər dövlət terrorunun tədqiqatı Azərbaycan adlı bir məmləkətin dövlət quruluşunun ( buna dövlət deməyə də adamın dili gəlmir) nə qədər çürük, rəzil, murdar, korrupsiyalaşmış və s. olduğunu ortaya qoydu. Ağır cinayətlər məhkəməsində 14 nəfər erməni terrorçunun üzərində apardığı məhkəmə qərarı isə bu rejimin həm də necə ermənipərəst olduğunu sübut etdi.
Təsəvvür edin ki, 10 noyabr atəşkəs müqaviləsindən sonra Ermənistan tərəfi nəinki öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmayıb, əksinə yeni təxribat dəstələrini silahlandıraraq Laçın dəhlizi vasitəsi ilə, Rusiya “sülhməramlılarının” gözü qarşısında Azərbaycan ərazisinə keçirib. Həmin təxribatçılar orda bizim əsgərləri atəşə tutublar, bir nəfər əsgərimiz şəhid olub, iki və ya üç nəfər əsgərimiz isə yaralanıb.
Əsir götürülmüş həmin terrorçuların 14 – nün bu günlərdə məhkəməsi olub və məhkəmə qərar qəbul edib.
İki nəfər əsgərimizi öldürən və yaralayan təxribatçıya 4 il, qalanlara isə 6 ay azadlıqdan məhrum etmə cəzası verilib.
Əlbəttə ki, bu siyasi qərardır və bu qərar şəxsən İlham Əliyev tərəfindən verilib.
Sual olunur:
Tərtərdə heç bir günahı olmayan, işgəncəyə məruz qalan, əsgər və zabitlərimizə 8 -10 il, ömürlük iş verən Azərbaycan hökuməti bizimdir, yoxsa ermənilərin. Sual ritorikdir, yəni cavabı aydındır, bu erməni hökumətidir.
Kəlbəcərdə silahsız öz valideynlərinin qəbrini ziyarət etməyə gedən Şahbaz və Dilqəmi ömürlük həbs cəzasına məhkum edən Ermənistan hökuməti nə əcəb belə humanizm göstərmirdilər.
Mən qəti əminəm ki, Azərbaycanın 7 rayonunu viran etmiş erməni vandalizmi barədə də heç bir beynəlxalq məhkəmə işi getmir.

Necə ki, Xocalı soyqırımı zamanı əsir düşmüş 5000 Azərbaycan vətəndaşını da bu gün itirib axtaran yoxdur.
Daha dəhşətli fakt bu gün Azerfreedom TV – də səsləndi.
Sən demə, Tərtər dövlət terroru zamanı işgəncə verirlənlərdən biri də bütün ailə üzvlərini Xocalıda itirən bir hərbiçi olubdur.
Bu, artıq sözün qurtardığı və zülmün ərşə dirəndiyi məqamdır.

Şahin Şirvanlı.

Bunu paylaş:

Bir cavab yazın