Azərbaycan Dəmir Yolları da artıq işçilərinə biganə yanaşır

Xəbər saytına istinadən Bələdçilər ehtiyat idarəsinə nəzarət rəisi İlham Hüseynov, dəmiryol işçilərini bir yerə toplayaraq, heç bir əsas olmadan ağ vərəqlərə imza atmalarını istəyib.

İlham Hüseynov işçilərə, onların əmək haqlarının bir hissəsinin növbəti aydan azaldılacağını bildirib. “Aylıq məvacibi 380 manat olan bələdçilər, bundan sonra 229 azn maaş alacaqlar”,-deyə o qeyd edib. Artıq ölkənin inkişafı üçün büdcədən ayrılan vəsait Dəmir Yollarına kifayət etmədiyi üçün, bələdçilərin maaşlarına göz dikiblər. Maddi problemləri bəhanə gətirərək, nə az, nə çox, maaşlarından 140-150 manat tutulacağını israrla təkid ediblər.Bu kimi hallarla razılaşmayanları isə işdən çıxarılma ilə hədələyiblər.
İdarənin işçiləri bir yerə toplaşaraq, öz haqlarını tələb etmək məqsədilə etiraz aksiyası ediblər.


Qeyd edək ki, hazırda “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin Daşımaları departamentinin rəisi Elyar Muradov etirazçıların qarşısına çıxaraq bildirib ki, regionlara sərnişindaşıma işləmədiyi üçün bu qərar verilib.

Etirazçılar isə yaranmış vəziyyətlə bağlı Cavid Qurbanovun onlara kömək etmək istəmədiyini bildiriblər. Bir daha qeyd edək ki, A.D.Y Cavid Qurbanov işçilərin maaşlarına bu cür göz dikib.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın