Azərbaycan BMT-də Gürcüstana rəsmi dəstək verdi

 

İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının 48-ci sessiyası öz işinə başlamışdır. Bu sessiyada “Gürcüstanla bağlı əməkdaşlıq” adlı hesabat təqdim edilmişdir. Hesabatda, Gürcüstanın işğal altında olan Abxaziya və Cənubi Osetiyadakı insan haqları üzrə durum öz əksini tapmışdır. Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına əsasən işğal edilmiş həmin torpaqlarda vəziyyətin ağır olduğunu qeyd etmişdir. XİN-nin müavini Aleksandr Xvtisiaşvili həmin bölgələrdə işğalçı tərəf, dəmir məftillər çəkməsini, humanitar vəziyyəti pisləşməsinin və insanların ölümünün adi hal almasını BMT nümayəndələrinin diqqətinə çatdırmışdır.

Sessiyada iştirak edən ölkələr Almaniya, Böyük Britaniya, Polşa, Ukrayna, Azərbaycan və s Gürcüstana tam dəstək nümayiş etdirmişdir. Azərbaycan tərəfi bununla qonşularımızın suverenliyini tam dəstəkləyərək dostluq nümayiş etdirmişdir. Bununla da Azərbaycan tərəfi bu il ikinci dəfədir ki, gürcü dostlarımızı beynəlxalq səviyyədə müdafiə etmişdir.

Maraqlısı budur ki, həmin sənədlərdə Rusiyanın işğalçı kimi göstərilməsi diqqətimi çəkmişdir. Hər kəs bilir ki, Rusiya Moldova, Ukrayna, Gürcüstan, Azərbaycan ərazilərini min hoqqadan çıxmaqla işğalda saxlamaqdadır. Bu il Azərbaycan ardı – arda Ukrayna, Gürcüstan, Moldovanın suverenliyini yüksək səviyyədə dəstəkləməklə, Rusiyanın qəzəbinə tuş gəlməyi ehtimalını böyütməkdədir. Hələlik Azərbaycanın bu siyasətini alqışa layiq saya bilərik. Çünki biz özümüz də illərdir ki, Rusiyanın aqressiya qurbanlarından biri olmuşuq.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın