Azərbaycan Almaniyaya “Nota” verəcək

 

Azərbaycan Almaniyaya Nota verəcək . Səbəb isə Almaniyanın AFD partiyasının dörd üzvünün işğal altındakı Azərbaycan torpaqlarına qanunsuz səfər etmələridir. Hər zaman insan haqqları və demokratiyadan danışan Alman nümayəndə heyəti Beynəlxalq qanunları pozaraq işğalçı Ermənistana dəstək olmuşdur. Artıq bu məsələ Beynəlxalq səviyyədə qaldırılmalı və cəzalandırılmalıdır. Inanırıq ki, Almaniya və Beynəlxalq aləm buna qanuni qiymət verəcəkdir. Bu arada Almaniya hökûməti “Sağçı Milliyətçi” partiyasının bu addımını pisləyərək, Dağlıq Qarabağ ve ətraf 7 rayonu Azərbaycan ayrılmaz hissəsi olduğunu bildirmişdir.

Mikayıl Əsədov.

 

Bunu paylaş: