Azərbaycan 5 il müddətinə NATO-nun üzvü ola bilər

 

Hörmətli oxucular, bildiyiniz kimi, NATO – nun Türkiyənin İzmir şəhərində yerləşən Quru Qoşunları Komandanlığının Qərargah rəisi diviziya generalı Metin Tokel və nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdədir. Bu rəsmi səfərin əsas məqsədi NATO və Azərbaycan əlaqələrinin genişləndirilməsidir.

44 günlük müharibə bütün dünyanı Azərbaycan ordusundan, əsərindən yaxşı mənada danışmağa məcbur etdi. Bu müharibədən sonra isə NATO Azərbaycana maraqlarını sürətləndirərək genişləndirdi. Son illərdə baş verən müxtəlif konfliktlərdən, Rusiya ordu sisteminə qarşı yalnız Azərbaycan qalib çıxmışdır. Qarabağ müharibəsi isə və əsasən də Şuşa əməliyyatı NATO-nu şoka salmışdır. NATO bu səbəbdən Azərbaycan üçün mübarizəyə başlayacaqdır. Son 5 ildən sonra Azərbaycan NATO – ya üzv olmaq şansı əldə edəcəkdir. Nəzərə alsaq ki, əsgərlərimizin döyüş səviyyəsi, maddi texniki bazası NATO standartlarına tam cavab verməkdədir. Bu səbəbdən Qərbdən Azərbaycana böyük maraqlar başlamışdır. Son vaxtlar keçmiş Sovetlər Birliyindən NATO – ya üzv olsalarda, Qərbin əsas istəyi Azərbaycandır.

NATO – ya üzv olmaqla, Azərbaycan öz neft, qaz xətlərin Rusiya aqressiyasından tam sığortalamış olacaqdır. Düzgün siyasətlə, Rusiyanı neytralaşdırmaq zəruridir. İlk öncə rus agentlərinin ölkədən təmizlənməsi vacibdir.
İnanırıq ki, yaxın zamanda Azərbaycan tam olaraq NATO – nun üzvü olacaqdır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın