Azərbaycan şimal və cənuba etiraz etdi

 

Nəhayət ki, Azərbaycan Müdafiə Nazirliyi Qarabağda yerləşən Rusiya sülhməramlılarına etiraz etdi. Söhbət Azərbaycan torpaqlarında 5 il müddətinə fəaliyyət göstərməli olan rusların yerlərini Ermənistan ordusuna verməsindən gedir.

Azərbaycan tərəfi Rusiya sülhməramlılarına 10 noyabr bəyanatına əməl etmələrini tələb etmişdir.
Azərbaycan tərəfinin xəbərdarlığına əsasən, cavab tətbirləri görüləcəkdir.

Dünən isə Şuşa istiqamətində Rusiya və Ermənistan ordusu tərəfindən atəşkəs pozulması faktı qeydə alınmışdır.
Əslində, Azərbaycan xalqı ruslara yox, Prezident İlham Əliyevə etiraz etməli idi ki, niyə əsil düşmənimiz olan rus ordusu Dağlıq Qarabağa gətirilir. Burda siyasi gedişlər də rol oynaya bilər. Lakin əsil fakt bundan ibarət idi ki, İlham Əliyev yaxın tarixə nəzər salmalı idi. Xalqımız gözəl anlayır ki, tarix boyu Moskovlar Azərbaycana qarşı təxribatlar törətmişdilər. Görəsən, İlham Əliyev rus qoşunlarını Azərbaycana gətirməkdə səhv etdiyini anlayırmı?, Yoxsa bu dəfə də “mən hər şeyi yaxşı bilirəm” kəlməsini deyəcəkdir?

Bu gün isə Rusiya sülhməramlılarına etiraz etməyin mənası yoxdur. Çünki bu vəziyyəti İlham Əliyev özü Kremlə hədiyyə etmişdir.

Əlavə olaraq xatırladaq ki, Azərbaycan tərəfi İranın Qarabağa qanunsuz yük daşımalarına görə rəsmi olaraq Tehrana “NOTA” – da göndərmişdir.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın