Azərbaycan İrandan yeni dağıdıcı silahlar ala bilər

 

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənovun başçılıq etdiyi qrup İran İslam Respublikasında səfərdə olmuşdur. İran tərəfi bu görüşü yüksək səviyyədə qarşılamışdır. Görüş çərçivəsində İran prezidenti İbrahim Rəisi Zakir Həsənovu qəbul etmişdir. Görüşün prezident səviyyəsində keçirilməsi isə, onu göstərir ki, daha vacib məsələlər müzakirə olunacaqdır.

Azərbaycan Müdafiə Nazirliyinin səfəridən narahat olan Ermənistan rəhbərliyi bu görüşləri diqqətlə izləməkdədir. Hətta erməni mediası “İran bizi satdı” ,-kimi başlıqlarla xəbər yaymaqda davam etməkdədir.
Onlar İranı ittiham etməklə həmçinin qardaşlıq nümunəsinə də xələl gətirildiyini qeyd edirlər.

Bəs Zakir Həsənovun İrana səfəri nə ilə əlaqələndirilir?

Azərbaycan tərəfi bunu gizli saxlasa da, məsələ yeni silah satışı ola bilər. Bəlkə də gələcəkdə birgə silah istesal etmək barəsində razılıq əldə oluna bilər.
Lakin hələlik qeyd edə bilərik ki, İranın özünə məxsus, qısa mənzilli “ballistik” və dağıdıcı raketləri vardır. Azərbaycan tərəfi isə, bu silahların alınmasında razılıq əldə edə bilər.

İkinci bir tərəfdən isə, İsraillə münasibətlərin yaxşılaşdırılması üçün, rəsmi Bakı buna vasitəçilik edə bilər. Bölgədə sabitliyin qorunmasının bir başa yolu, münasibətlərin yaxşılaşdırılmasından keçir.
Görünür, Azərbaycan tərəfi, İsrail və İranı Qarabağda birləşdirmək istəyir. Məsələ burasındadır ki, İran tərəfi də Qarabağın dirçəldilməsi üçün Azərbaycan tərəfi ilə birgə işləməyə razılıq vermişdir. Hər halda, rəsmi Bakı, rəsmi Tehranla hərbi və iqtisadi tərəfdaşlığa maraqlı olduğunu göstərmək istəyir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın