Azərbaycanın qüdrətli dövlətə çevrilməsindən qorxuya düşən ölkələr

 

Azərbaycan – İsrail əlaqələrindən əndişələnən İran Azərbaycanı hədəf seçə bilməz. Hətta müharibə aparmaq iqtidarına da malik deyil. Orada yaşayan çoxsaylı azərbaycanlıların olması düşündürücü haldır. Ümumiyyətlə, İran başdan səhv addıma yol verib. Onların fikri, işğalçı və qondarma Ermənistanın tərəfini qorumaq İranın ərazİ bütövlüyünün toxunulmazlığını təmin etməkdir. İllərdir İran işğal altında olan Azərbaycan torpaqlarından öz çirkin planlarını həyata keçirmək üçün istifafə edib.Hazırda Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə İranın planlarını alt – üst etmiş oldu. İqtisadiyyatını narkotik vasitələr hesabına ayaqda saxlayan İran dövləti,çıxılmaz vəziyyətə düşdüyünü anlayıb. Bu da öz növbəsində İrana sərf etmir. İllərdir işğalda olan torpaqlarda, Azərbaycana məxsus qədim tarixi abidələri dağıtmış, digərlərini isə özününküləşdirməyə çalışmışlar.

Digər tərəfdən, Azərbaycana məxsus quru yollarından istifadə hüququna görə rüsum tətbiq edilməsi İranı daha da çıldırdıb. Əlacsız qalan “islam” respublikası Azərbaycan dövlətini hədələməyə başlamışdı, ancaq bu hədə- qorxu ona baha başa gələ biləcəyindən qorxaraq, ehtiyatlı davranmağa sövq edib. Ümumiyyətlə, İran, Ermənistanın məğlubiyyəti ilə barışa bilmir. İndiki durumda İranı düşündürən və narahat edən ikinci bir məsələ var. Azərbaycan kimi ölkənin sonradan qüdrətli dövlətə çevrilməsindən əndişəyə düşməsi. Çünki 44 günlük müharibə buna canlı sübutdur

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın