Azərbaycanın HHQ – nin hədəfində 4 ən güclü hücum təyyarələri var?

 

Mətbuata açıqlamasında Azərbaycanın Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov, yaxın vaxtlarda yeni hücum təyyarələrinin alınmasını qeyd etmişdir. General-leytenant Azərbaycanda Hərbi Hava Qüvvələrinin arsenalının yenilənməsi və yeni nəsil texnikaların alınması üzrə işlər aparılıdığını bildirmişdir.
Yaxın günlərdə bu barədə ictimaiyyətə acıqlama veriləcəyini söyləmişdir.

Bəs Azərbaycanın hədəfi hansı hücum təyyarələridir?.
Araşdırdığım məsələdə 4 optimal variant ortaya çıxmaqdadır.
İlk olaraq Amerika istehsalı yeni F-16 təyyarələri HHQ üçün optimaldır. Göstəriciləri Azərbaycan hava məkanını qorumağa tam imkan verir.

İkinci döyüş təyyarəsi İtaliya istehsalı olan AV-8B Harrierlərdir ki, Azərbaycan bir neçə il qabaq, bu tip taktiki-texniki göstərişlər üçün İtaliyadan təlim təyyarələri almışdır.

Üçüncü favoritimiz isə Çin və Pakistan istehsalı olan FJ-17 Thunder – 3 təyyarələridir ki, texniki-taktiki göstəricilərinə görə, Amerika istehsalı F-16-dan geri qalmır. Hətta bəzi göstəricilərinə görə F-16 – rı qabaqlayır. Dünyada döyüş təcrübəsinin az olması, FJ-17 lərin bir az reytinqinə də təsir edir.

Dördüncü hücum təyyarəsi isə Rusiya istehsal SU 30 və su 35 təyyarələridir. Bu təyyarələrin göstəriciləri yüksək olsa da, daha bahalı və daha geniş manevr qabiliyyətinə malikdir. Lakin Azərbaycanın hava sahəsinin az olması, bu təyyarələrin alışını əngəlləyə bilər.

Biz sizlərə əsas 4 təyyarənin alınması ilə bağlı fikirlərimizi qeyd etdik. Lakin Azərbaycanın son zamanlar Rusiyadan silah alışı azadlığından və Kremln bu barədə narazlığını ara-sıra siyasi arenada görürük. Azərbaycan bu boşluğu doldurmaq üçün hər halda, Rusiyanın su 30 və su 35 təyyarələrinə üstünlük verəcəkdir. Lakin Türkiyənin aldığı yeni F-16 təyyarələridə istisna edilmir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın