Azərbaycanın Ermənistana son xəbərdarlığı

Azərbaycan rəsmi olaraq Ermənistana xəbərdarlıq etdi. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən,Ermənistan rəsmilərinin icazəsiz bir daha Qarabağa səfər edəcəyi təqdirdə, bunun Ermənistan tərəfinə baha başa gələcəyini bildirmişdir. XİN bir daha qeyd etmişdir ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və heç bir statusdan söz gedə bilməz .
Bu məsələdə niyə Azərbaycan tərəfi bir başa Rusiyaya xəbərdarlıq etmir?


Laçin rayonu sərhəd məntəqəsi və Xankəndi daxil olmaqla rus sülhməramlılarının nəzarətində olduğu bir vaxtda, ölkə rəhbərliyi Paşinyandan əvvəl Putinə etiraz etməlidir. Görünür, Putinin gələcəkdə Qarabağda yeni müharibəni başlatmaq üçün planının başlanğıcı da bu məsələ ola bilər. Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın XİN Ara Ayvazyanın Xankədinə səfəri Azərbaycanda etirazla qarşılanmışdır. Rusiyanın icazəsi olmadan bu səfər baş tutmazdı. Çox təəssüf ki, bu məsələrdə İlham Əliyev Ermənistana etiraz etsədə, Rüsiyaya qarşı səsiz qalmağı üstün tutur.

Mikayıl Əsədov.

 

Bunu paylaş: