Azərbaycanın Dağıstandakı dostu – Ruslan Kurbanov

Hər dəfə Azərbaycan ilə Ermənistan arasında Dağlıq Qarabağ müharibəsi qızışan zaman Rusiya bizim üçün ikinci cəbhə olaraq Dağıstanda olan Rusiyanın xüsusi xidmət orqanlarının yaratdığı ehtimal olunan “Sadval” kartını işə salır. Bu dəfə də belə cəhdlər oldu və ayrı – ayrı insanlar provakativ çıxışlar etdilər.
Bu insanlara ən yaxşı cavab verən isə Dağıstandan olan siyasi bloger Ruslan Kurbanov oldu. İnanın ki, bu adam Azərbaycanın Rusiyadakı səfirindən çox iş görür.
Millətlərarası nifaq salanları öz tutarlı cavabları ilə tərksilah edir və Qarabağ müharibəsində Azərbaycanın haqlı mövqeyini böyük auditoriyasına çatdırır.
18 oktyabrda, Azərbaycanın Dövlət müstəqilliyi günü, Dərbənddə yaşayan soydaşlarımızın Azərbaycanın üçrəngli bayrağını qaldırması bəzilərini qıcıqlandımış.
Hər şey yaxşı sovuşmuş.
Vəziyyəti izah edərək xalqı maarifləndirmək üçün Ruslan Kurbanov bu dəfə də əlindən gələni etmiş və gözəl bir video ilə öz fikirlərini xalqa çatdırmışdır.
Dostlar, hamınızı bloger Ruslan Kurbanova dəstək verməyə çağırıram.

Ş. Şirvanlı

Bunu paylaş: