Azərbaycanın böyük siyasi uğuru

Azərbaycanın ilk qaz nəqli baş tutdu. Trans Adriatik Qaz Boru Kəməri (TAP) ilə göndərilən qaz İtaliyaya çatmışdır. Azərbaycan qazının Avropaya çatmasını ölkəmiz üçün böyük tarixi , uğur hesab etmək olar. Uzunluğu 3500 km olan TAP qaz kəmərinin İtaliada üç istiqamətdə şaxələnməsi nəzərdə tutulur. Cənub qərbi, mərkəzi şimal qərbi və mərkəzi şimal şərqi istiqaməti ilə nəzərdə tutulan bu qaz kəməri Avropa ölkələrini qaz ilə təmin edəcək.. İlk bir ildə nəql ediləcək qaz 20 milyard kubmetr olacaqdır. Bu qaz gəlirlərindən isə Azərbaycanın payına 33 faiz düşəcəkdir. Siyasi baxımdan da bunu Azərbaycan üçün çox mühüm hadisə hesab etmək olar.


Bir müddət əvvəl SOCAR şirkətinin Türkmənistan qazının “Tender” müsabiqəsində qalib gəlməsi onu göstərir ki, yaxın bir vaxtda Oğuz soylu qardaşlarımızın da qazının TAP vasitəsi ilə Avropaya nəqli başlayacaqdır. Bu gün Rusiya və İranin da neft -qaz sanksiyaları ilə üzləşməsi gələcəkdə onların da Azərbaycan qaz kəmərinə qoşulmaq ehtimalını artırır.

Türkmənistan qazının Azərbaycan vasitəsi ilə Avropaya nəqli demək olar ki, Qərbin rus qazından asılı olmasına son verəcəkdir. Əgər bu baş versə, Rusiyanın iqtisadiyyatı demək olar ki, məhv olacaqdır. Rusiya qazının əsas alıcılarından biri olan Çin, bir müddət əvvəl rus neft -qazının 50 faizindən imtina etmişdir.  Qaz siyasətini Azərbaycan üçün böyük uğur hesab edirik və ümid edirik ki , xalqın daxili yaşayış səviyyəsinin yüksəlməsində də böyük rolu olacaqdır.

Mikayıl Əsədov.

 

Bunu paylaş: