Azərbaycanın ardınca Qazaxıstan da bunu etdi

May ayının 10 – da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qazaxıstan Respublikasına rəsmi səfəri baş tutmuşdur. Türkiyə prezidentinin həmkarı Qasım-Jomart Tokayevlə mühüm görüşü olmuşdur. Tərəflər bölgədəki vəziyyəti müzakirə etmişlər.
May ayının 11 – də isə hər iki dövlət başçısı arasında mühüm sənəd imzalanmışdır. Qazaxıstan və Türkiyə arsında Strateji Tərəfdaşlıq sənədinin imzalanması bütün türk dünyası üçün çox mühüm məsələ olmuşdur. Beləliklə, hər iki dövlət arasında və “Türk Birliyi Təşkilatı” üçün daha bir addım atılmış oldu.

Son vaxtlar həm qazax xalqı, həm də Qazaxıstan hökumətinin Rusiyadan uzaqlaşmaq istədiyini görürdük. Yerli insanlar Rusiyanın ölkələrinə qarşı etdiyi təxribatlardan bezərək, Kremlə qarşı baş qaldırmaqdadırlar. Bu səbəbdən sabiq lider, Moskvaya yaxın olan Nazarbayevin və onun yüksək vəzifədə işləyən yaxınlarının da, Dövlət qurumlarından uzaqlaşdırılmasının şahidi olduq.

Beləliklə, son zamanlar dünyada baş verən siyasi dəyişiklik Qazaxıstanı da düzgün seçim etməyə məcbur etdi. Bütün türk dünyası anlamağa başladı ki, onların əsl dostu Rusiya yox, Türkiyədir. Bir sözlə, Azərbaycandan sonra Qazaxıstan da özünü Rusiyadan sığortalamağa başladı.
Strateji Tərəfdaşlıq sənədinin imzalanmasından sonra qazax xalqı öz sevincini bölüşməyə başladı. Bəzi qazaxıstanlı siyasətçilər, hökumət adamları və yerli xalq çox məmnun olduqlarını dilə gətirməkdədirlər.
Artıq kənar dövlətlər Qazaxıstana müdaxilə edərlərsə, qarşılarında Türkiyəni görəcəklər. Bu sənədin hər iki dövlət üçün çox vacib olduğu bir daha sübut edildi.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın