Azərbaycanı ruslardan azad edilmesindən 102 il keçir

Bakının rus- bolşevik və erməni daşnaklarından ilk dəfə azad edilməsindən 102 il keçir. Düz 102 il bundan əvvəl sentyabr ayının 15-də Şanlı Türk-Azərbaycan ordusu birləşərək vətənimizi ilk dəfə düşməndən azad etmişdir. Osmanlının 8000, Azərbaycanın 7000 əsgəri birləşərək Qafqaz İslam Ordusu yaradaraq Gəncə şəhərindən Bakıya doğru sürətlə irəliləməyə başlamışdır.Qafqaz İslam Ordusuna başçılıq edən görkəmli şəxsiyyət Nuru paşa Bakının azadlığı uğrunda hücuma keçir və bundan xəbər tutan rus generalı Denstervil sentyabrın 14-də Bakıdan qaçır. Məğlub olduqlarını görən erməni və ruslar Bakıda yerli əhaliyə qarşı terror törətmək istəyirlər. Lakin özünü yetirən Nuru paşanın mərd əsgərləri düşməni məğlub edirlər.. Bu döyüşlərdə 2000- ə yaxın əsgərimiz şəhid olur. Hər zaman Azərbaycana dəstək olan Türkiyəmizə dərindən təşəkkürümüzü bildiririk. Hər zaman Türkiyəm öz torpağın Azərbaycanda qal!

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: