Azərbaycanı hədələyən “Molla” ölkəmizə səfər edəcək

İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Şamxaninin bu dəfə Azərbaycana səfəri nəzərdə tutulur. Azərbaycan Milli Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun dəvəti ilə ölkəmizə səfər edən İranın əsas siyasi fiqurlarından biri olan Şamxaninin ölkəmizə səfəri, iki qonşu arasında olan münasibətlərin daha da genişləndirilməsini nəzərdə tutur.

Yaxın günlərdə ölkəmizə səfər edəcək Xamneyinin xüsusi mollası, bölgədə vəziyyəti Ramil Usubovla müzakirə edəcəkdir.
Bu yaxınlarda Ermənistanda səfərdə olan Əli Şamxani erməni baş nazirlə rəsmi görüş keçirdikdən sonra Azərbaycan və Türkiyənin də ünvanına təxribatçı fikirlər söylədiyini sizlərə əvvəlki yazılarımızda bildirmişdik.

Görüşün əsas səbəbinə baxsaq rəsmi Bakı istəyir ki, Xamneyinin xüsusi mollasını neytrallaşdırsın. Dəfələrlə o, Azərbaycan və Türkiyəyə qarşı qərəzli, təxribatçıl mövqedən çıxış etmişdir.

Qeyd etmək istərdik ki, Azərbaycan rəhbərliyinin bu cəhdləri əbəs yerə itirilən vaxtdır. Molla rejimi hər zaman bizə qarşı düşmən mövqedən çıxış etməkdədir. Bu səbəbdən İranın siyasi elitalarından birini öz xislətindən döndərmək qeyri – mümkündür. Fikirləşin, bir neçə gün bundan əvvəl Azərbaycan və Türkiyəyə qarşı təxribatçı çıxış edən Əli Şamxani indi də ölkəmizə səfər edəcəkdir. Son cümləmlə qeyd etmək istərdim ki, bu tip molladan nəsə gözləmək ağılsızlıqdır. Bakının bu cəhdinin boşa çıxacağını da indidən deyə bilərik.

Sonda Əli Şamxani Paşinyanla görüşdən sonra geopolitik vəziyyətin bölgədə dəyişməsinin qəbuledilməz olduğunu söylədi. O, bununla Zəngəzurun Azərbaycana qaytarılmayacağını bildirmək istəyirdi. Bu sözlərdən bir gün sonra İran mollaları Azərbaycanın Naxçıvanla yaxın sərhəddində geniş hərbi təlimlərə start verdi. Bununla İranın mövqeyinin nə olduğu göz qabağındadır.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın