Azərbaycanı daxildən parçalayan məmurlar…

 

Prezidentin yaratdığı sistem bugünkü gün Azərbaycanı daxildən parçalamaqla məşğuldur. İlham Əliyevin “uğurlu” siyasətinin bariz nümunəsi kimi, rayonlara və şəhərlərə təyin etdiyi icra nümayəndələri, vətəndaşlara məxsus torpaq sahələrini, meşələri, örüş yerlərini, sahibkarların plantasiyalarını hədə – qorxu yolu ilə mənimsəyirlər. Buna misal olaraq həbs edilən məmurların cinayət dosyelərinə baxmaq kifayətdir.

Xalq bu hakimiyyət- dən bezərək, etiraz əlaməti olaraq, rəsmi qurumların önünə yığılaraq mitinqlər təşkil stmək istəsə də, polislər tərəfindən cəzalandırılırlar. Gör nə vəziyyətdəyik ki, ölkənin ən ali qurumu olan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırmalar və həbslər də bir nəticə vermir. Səbəb olaraq, saxlatdıqları İcra başçılarının bir neçə ay müddətinə həbs olunduqdan sonra, müəyyən vəsait müqabilində, bəraət alaraq azadlığa çıxmasıdır.

Təbii ki, burda söhbət dövlətdən, xalqdan oğurladıqları bəzi vəsaitinin geri verilməsindən gedir. Bu da öz növbəsində digər məmurlara ciddi bir problem yaratmır. Çünki məmurlar vəzifəyə gələndə yalnız oğurluq barədə düşünürlər və bu yolla anlayırlar ki, bir qədərini həbs ediləndə geri qaytarmaq lazımdır. Çünki bu şəraiti hakimiyyət özü belə yaradır. Sonda isə oğrular bir kənarda kef edir, hər bir zülmü xalq çəkir.

Olanlar isə kasıb təbqəyə olur və xalq kimdən kimə şikayət edəcəyini də bilmir. Azərbaycanda bütün qurumların eyni vəziyyətdə olması biabırçılıqdır. Azərbaycana qənim kəsilmişlərin əlində, ölkəmiz bataqlığa çevrilmişdir. Çıxış yolumuz birliyimizdən keçir və xalq olaraq yumruq halında birləşib mübarizə aparmalıyıq.

Rəşad Şıxəliyev.

 

Bunu paylaş: