Azərbaycanı dəstəkləyən ölkələr çoxalmaqdadır

Artıq bir neçe gündür ki, Dağlıq Qarabağımız və 7 rayonumuzun Ermənilərin işğalından azad edilmesində əks-hücuma keçən qəhrəman Azərbaycan ordusu uğurla irəliləməkdə davam edir.Dünya artıq Azərbaycanın haqq yolun dəstəkləməyə başlayır: Türkiyəmiz, Pakistan, İsrail, Gürcüstan , Ukrayna, Əfqanıstan, İraq və.s, dünya dövətlərinin hökümət başçıları və beynəlxalq qurumlar. Hər kəs Azərbaycanın öz torpaqlarını beynəlxalq qərarlara əsasən müdafiə etdiyini çox gözəl anlayır. Artıq 30 ilə yaxındır ki, Ermənistan sülh danışıqlarına hər dəfə maneələr yaradaraq, icra etməkdən yayınır. Biz bu vəziyyətdə Azərbaycana dəstək olanlara minnətdarlığımızı bildiririk. Qəti şəkildə inanırıq ki, ordumuzun mərdliyi nəticəsində işğal olunmuş torpaqlarımız qısa zamanda geri qaytarılacaq ve necə ki, qaytarılır. Yaşasın Azərbaycan Əsgəri.

Mikayıl  Əsədov.

Bunu paylaş: