Aydın Mirzəzadə, deputatlarımızda İcra Başçıları kimidirlər

Milli Məclisin deputatı Aydın Mirzəzadə İcra Başçılarından gileylənərək, son zamanlar xoşa gəlməz halların baş verməsinin səbəbini söyləmişdir. Aydın bəyin dediyinə görə, İcra Başçıları təyin olunduqları gündən, prezident İlham Əliyev onlardan hər bir rayonda xalqa daha yaxşı xidmət və təmas qurulmasını tələb etmişdir. Lakin xalqa xidmət etməyi, vəzifəyə keçdiyi gündən unudan bəzi İcra Başçılarının sonunda cəzasız qalması hamıya bəllidir.
Aydın Mirzəzadə və prezident İlham Əliyev, niyə bu İcra Başçıları xalq xidmət etmədən illərlə bu vəzifədə qalırlar?
Niyə Azərbaycanda kiməsə görə kimlərsə işdən çıxarılır və yaxud həbs edilir?
Aydın Mirzəzadə kimilər anlamalıdırlar ki, xalqa xidmət etmək tək İcra Başçılarının işi deyil, həm də boş işlərlə məşğul olan Millət Vəkillərinin də işidir. Əslində hər bir məmur və qurumlar birinci növbədə xalqa xidmət etməlidirlər.

İmza; Rəşad Şıxəliyev.

Bunu paylaş: