Aydın Mirzəzadənin yaltaqlıq simmetriyası

 

Bu yaxınlarda Milli Məclisin deputatı Aydın Mirzəzadə yaltaqlığın yeni simmetriyasını yaratmışdır. O bildirmişdir ki, “Azərbaycan prezidenti İlham Əliyev, dünyanı vaksinlərin bölüşdürülməsi məsələsində ciddi işləməyə məcbur etmişdir”. Bu sözlərdən sonra dünya liderləri, dünya alimləri, Beynəlxalq Səhiyyə Təşkilatı hərəkətə keçərək, beynəlxalq aləmi İlham Əliyevi dinləməyə məcbur etmişlər. Bu çür düşüncə tərzini yalnız Azərbaycan deputatlarından eşitmək olar, axı bizim deputatlar ən yüksək səviyyədə yaltaqlıq bacarırlar. Çünki Azərbaycanda yaltaqlıq, rüşvət, korrupsiya yeni vəzifə deməkdir.

Bir neçə dəfə Azərbaycan prezidenti İlham Əliyev beynəlxalq konfrans zamanı vaksinlər barəsində etiraz etsə də, hələ ki ölkəmizə cəmi 200 min doza vaksin gətirilmişdir. Həmin vaksinlər Türkiyə, Rusiya və İran istehsalıdır. Aydın Mirzəzadəyə anlatmaq lazımdır ki, bu üç ölkənin Azərbaycana göndərdiyi vaksinlərin İlham Əliyevlə heç bir əlaqəsi yoxdur. Sadəcə, hər üç ölkə ilə Azərbaycanın humanitar sahədə müqaviləsi olduğundan, ölkəmizə vaksinlər göndərilmişdir.

Əksinə, bu gün Azərbaycanın bu vəziyyətə düşməsində İlham Əliyevin siyasəti və Aydın Mirzəzadələrdir. Zamanında Azərbaycan səhiyyəsinə diqqət yetirilməli idi. Həkimlərin əziyyətini ucuz tutaraq ölkədən getmələrinə imkan verilməməlidir idi. Ölkəmizin ən savadlı səhiyyə işçiləri dünya ölkələrinin xəstəxanalarında calışmaqdadırlar. Bu səbəbdən ölkədə savadlı həkimləri çox-çox az olduğundan, öz sağlamlığımızın qayğısına qala bilmirik. Aydın Mirzəzadə anlamalıdır ki, xalq koronavirus üzündən deyil, indiki iqtidarın üzündən məhv olur.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın