Aydın Mirzəzadə xalqı günahlandırır…

 

Hər gün deputatlarımızdan biri ağzına gələni danışmaqdadır.
Milli Məslisin üzvü olmaq o demək deyil ki, özünü xalqdan üstün tutasan. Bu xalqa xidmət etmək — vəzifə borcunu Kürsüdə əyləşib milləti aşağılamaq, nadürüstlük və vicdansızlıqdır..

Deputat Aydın Mirzəzadənin hünəri hakimiyyəti qınamaqda deyil, məhz xalqı alçatmaq və günahkar çıxarmaqdır. “Güya” xalq, saxta yolla dövlətdən pul mənimsəyib..
Dərrakəli insan, ilk öncə dövlətin bu səhlənkarlığını qeyd etməli idi. Verilən nöqsanlara görə, sadəcə hakimiyyət məsuliyyət daşıya bilər, fəhlə sinfi deyil. Əgər belə bir şey baş veribsə, deməli, həmin sistemdə rüşvətxorluq baş alıb gedir. Niyə bu sifarişli “millət vəkili” bunu qeyd etmir?
Bundan əlavə, Aydın Mirzəzadə daxil, hakimiyyətdə o qədər rüşvətxor, korrupsioner məmur var, ilk öncə özlərini günahlandırmalıdırlar.

Bu duruma( rüşvət, korrupsiya) səssiz qalmaq özü də bir çinayətdir. Yoxsa Aydın Mirzəzadə kimilər vəzifələrini itirəcəyindən qorxurlar?. Sizi nə vadar edib ki, millətə qarşı belə qəddar olasız?. Sizlər nəyin hesabına oliqarx olmusunuz?Azərbaycan xalqına irad bildirməmişdən öncə, yaxşıca düşünün.Vicdanınız varsa..düşünün..
Yaxşı olar ki, ilk öncə deputatlarımız xalqdan oğurladığı pulları geri qaytarsınlar..

Rəşad Şıxəliyev.

 

Bunu paylaş:

Bir cavab yazın