Avtomobil və telefon üçün gömrük rüsumları bahalaşır?

 

Aldığımız xəbərə görə, xaricidən gətirilən avtomobillərin və telefonların gömrük rüsumlarının bahalaşacağı gözlənilir. Bununla da yalnız avtomobil və telefon deyil, bütün hər şeyin “yenidən” bahalaşacağı gözlənilir. Digər tərəfdən isə, Azərbaycan Respublikasıın Gömrük Komitəsi ölkəmizə bu günə kimi gətirilən mallara dövlət rüsumundan əlavə ikiqat rüşvət aldığını bilirik. Getdikcə hər şeyin daha sürətlə bahalaşdığının şahidi olsaq da, vətəndaşların sosial durumu pisləşməyə doğru gedir. Çünki İlham Əliyev daxili siyasəti nəticəsində, ölkədə monopoliya, rüşvət və korrupsiya hökmranlıq etdiyindən, əhalinin gəlirləri kəskin azalmaqdadır.

Hakimiyyət açıq – aşkar xalqın qanını soymaqda davam edir. Ən böyük ziyan kiçik sahibkarlara olacaqdır. Bir tərəfdən avtomobil və mobil telefon bazarı öz ağır günlərini yaşayır, digər tərəfdən bahalaşma baş verir. Bununla da iqtisadi tənəzzül baş verir.
Beləliklə, İlham Əliyevin daxili siyasəti nəticəsində xalq iqtisadi və sosial partlayışa bir az da yaxınlaşır. Qədim Misirdə qulların bu gün bizdən üstün olduğunu deyə bilərik. Həmin dövrün qullarına ən azından gündəlik bir qarın çörək verən var idi. Xalqımız nə vaxta kimi seyrçi kimi məhvinə göz yumacaqdır, bunu anlamıram?

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın