Avropanın Azərbaycana uduzması çox gülməlidir

Hörmətli oxucular, bu gün hakimiyyətin xəbər portallarının birində bir yazıya rast gəldim, xəbərin başlığı belədir:„Avropa Azərbaycana uduzur”.
Bu xəbəri oxudum və hakimiyyətin necə də belə xəbər yaydığını, özünü gülünc vəziyyətə qoyduğunu başa düşmək olmur. Avropa hansı durumda bizə uduzduğunu düşünüb qaldım.
Avropanın demokratiyası, öz vətəndaşlarına qayğısı, səhiyyəsi, təhsili, insan hüquqları, iş resursları və dövlət gəlirinin vətəndaşlara bərabər şəkildə bölünməsi və. s. Bu gülünc xəbər bir sual doğurur:
-Bəs niyə Azərbaycanda məmurlar öz övladlarını Avropaya təhsil almağa göndərirlər?Yalnız Avropa Azərbaycana bu şeylərdə uduza bilər- korrupsiya, rüşvətxorluq, insan haqları.
Ümumiyyətlə, Azərbaycan hakimiyyətinin özünü Avropa ilə müqayisə etməsi ,həqiqətən, çox bərbad məsələdir.Sonda bu utanc mubahisəni nə ekonomik, nə də ki iqtisadi cəhətdən etmirik.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: