Avropadakı etirazlarda, Rusiya izi…

 

Türkiyə tərəfinin yaydığı məlumata əsasən, Almaniyada 13 minlik keçmiş hərbçi Angela Merkel hökumətinə qarşı təxribat hazırlamaq istəyib. Keçmiş hərbçilər “COVID-19” karantin rejiminin bəhanə edərək xalqı qarşıdurmaya cəlb etmək istəmişlər. Alınan məlumata əsasən, qrupun əsas üzvləri 1990- cı ildə “Sovetlər Birliyi” nin tərkibində olmuş “Şərqi Almaniya” ordusunun üzvləridir. Bu cümlə yetərlidir ki, təhlükənin haradan gəldiyini anlayasan.

İngiltərə, Fransa və Almaniyada bu gün karantin rejiminə qarşı kütləvi mitinqlər keçirilməkdədir. Fransada keçirilən mitinqdə 30 polis əməkdaşı xəsarət almışdır. Fransanın bir çox şəhərlərində radikal qüvvələr baş qaldırmaqdadır. Tək fransada. 300 – ə yaxın insan xəsarət almışdır.
Bu gün eyni vəziyyəti Londonda da görə bilərik. İngiltərənin bir çox şəhərlərində həbslər başlamışdır. Bu günə kimi 70 nəfər həbs edilmiş və münaqişə zamanı 130 nəfər xəsarət almışdır ki, bunların 7 – si polis əməkdaşıdır.

Diqqət yetirsək bu mitinqlərin arxasında Rusiyanın dayandığını görərik. Qərb ölkələri hər dəfə Rusiyaya qarşı sanksiya tədbiq edəndə, bu ölkələrdə kütləvi yürüşlər baş verir. Rusiyanın xüsusi xidmət orqanları Avropada olan bəzi qüvvələrlə sıx əməkdaşlıq etməkdədirlər. Rusiyanın planı, Kremlə qarşı çıxan Avropa siyasətçilərini vəzifədən kənarlaşdırmaqdır.

Şimal qonşumuz Qərb ölkələrində etiraz dalğalarını keçirməklə, Avropa liderlərinə ismarıc göndərmiş olur.
Hələlik Avropada 1 maydan başlayan etiraz dalğası davam etməkdədir və bir neçə gün davam etməsi gözlənilir.

Mikayıl Əsədov.

Bunu paylaş: