Avropa və Azərbaycandakı intiharların fərqli səbəbləri

 

Hörmətli oxucular, sizlərə bu gün Azərbaycan və Avropadakı intihar hadisələrini müqayisə etmək istərdim. Sizlərə son vaxtlar, əsasən intihar hadisələrinin araşdırmasını aparmaq istərdik. Bir müddət əvvəl bu cür hadisələrin işıqlandırılmasının günahkarının kimlər olduğunu sizlərlə bölüşmüşdük. Bu bir ayrı məsələ, bəs intihar hadisələri nədən yaranır, niyə Azərbaycanda bu cür hadisələr getdikcə artmaqdadır?
Avropada olan intihar hadisələrinin depressiyadan, yəni bəzilərinin tərk edilməklə bağlı qorxularının olmasıdır. Bunun nəticəsində isə böyük zərbə aldıqdan sonra, insanlar intihara əl atırlar.

Bu vəziyyət Avropa ölkələrində daha çox yayılmaqdadır.
Bəs Azərbaycanda insanlar hansı şəraitdə intihar etməkdədir?
Ölkəmizdə olan intihar səbəblərini araşdırsaq daha çox ailə – məişət zəmnində baş verdiyini görərik. İlham Əliyev və hakimiyyətinin ölkə daxilində- ki siyasəti birbaşa insanlara təsir etməkdədir. Məsələn: Ölkəmizdə insanların intiharı və ailələrin dağılmasının çoxu işsizlikdən və pulsuzluqdan baş verir. Valideynlər ailələrini dolandırmaq üçün işlə təmin olunmalıdırlar. Lakin Azərbaycanda İlham Əliyevin daxili siyasəti nəticəsində nəinki, iş tapmaq hətta işini itirənlərin sayı gündən- günə çoxalmaqdadır.

Bu vəziyyətdə valideyinlər uşaqlarının təminatın ödəyə bilmədikdə çox zaman intihara əl atırlar. Sadəcə müqayisə edək; Avropanın ən aşağı gəlirli ölkələrində belə Azərbaycandakı qədər intihar hadisələri baş vermir. Həmin ölkələrin demək olar ki, yerüstü və yeraltı sərvətləri sıfıra bərabərdir. Lakin Azərbaycanda hər daşın altında qiymətli sərvətlər olduğu bir vaxtda, xalqımız dilənci günündə yaşamaqdadır.
İlham Əliyevin və məmurları sayəsində xalqımızın sərvətləri mənimsənilir, xalqın tələbatı oğurlanır və işsizlik, pulsuzluq üzündən ailələrdə narazılıqlar yaranır.

Bu zaman isə vətəndaşlar, dərdini dinləməyən bir hökumətdən, borclardan, bütün bu zülmdən canını qurtarmaq üçün intihara əl atırlar. Bu gün ölkədə xalqı intihara məcbur edən bir siyasət aparılmaqdadır. Təəssüflər olsun ki, Azərbaycanda baş verə intiharların 70 faizi, İlham Əliyev və məmurlarının siyasətinin birbaşa təsiri nəticəsindədir.

Mikayıl Əsədov.

Bunu paylaş: