Avropa anlamalıdır ki, Türkiyə olmasa Rusiya Avropanı işğal edər

Son vaxtlar Türkiyəyə olan təzyiqlər getdikcə artır. Avropa və Amerika (S- 400) Hava Müdafiə sistemlərini bəhanə gətirərək Türkiyəyə sanksiyalar tərtib edirlər. Bu vəziyyətdə elə görünür ki, Qərb bilərəkdən Türkiyəni Rusiyanın yanına itələyirlər. Çoxları bu siyasəti düzgün hesablaya bilmədiyindən gələcəyi səhv izah edirlər. Bunu hər kəs bilməlidir ki ,heç bir zaman Türkiyə -Rusiya qardaşlığı olmayacaq . Bəs Qərb bu vəziyyətdə nə ilə kifayətlənəcək?
Əgər Türkiyə ilə Rusiya arasında yaxınlaşma yaransa, bu tam Avropanın məhvinə gətirib çıxaracaq:
1) Türkiyənin geopolitik siyasətinin məqsədi, Avropanı yaxın bir vaxtda tam qaz və neftlə təmin etməkdir. Rusiyadan asılı olmamaq şərti ilə.
2) Bildiyiniz kimi, Türkiyə NATO-nun ən aparıcı üzvüdür və 70 faiz əsgəri təminatla təmsil edir. Əgər belə vəziyyətdəTürkiyə NATO-nu tərk edərsə, Rus ordusu əmin olun ki, bütün Avropanı işğal edəcəkdir.
3) Yaxın Şərqdə və müsəlman aləmində getdikcə nüfuzu artan bir ölkə olduğunu da nəzərə almaq lazımdır.
Türkiyəni itirmək Avropa üçün məhv, Amerika üçün tarixin ən böyük məğlubiyyəti olardı.

Mikayıl Əsədov.

Bunu paylaş: