Avropa İttifaqının əsas tələbləri bunlardır

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Belçika Krallığında işgüzar səfərdədir. Səfər zamanı nazir, Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi və Aİ -nin Xarici siyasət və Təhlükəsizlik üzrə nümayəndəsi Cozep Borrell ilə görüşümüşdür. Görüş zamanı Azərbaycan və Avropa İttifaqı arasında ticarət, enerji, nəqliyyat və.s, sahələr arasında fikir mübadiləsi aparılmışdır.


Görünən odur ki, Azərbaycan və Aİ arasında sayca 17-ci olan bu görüşdə hərzamanki kimi, əsasən ticarət sahəsində münasibətlər genişlənmişdir. İllərdir ki, Aİ Azərbaycanla demokratiya sahəsində müzakirələr aparmır. Aİ dəfələrlə Azərbaycanda demokratik institutlara pul ayırmaq istəsə də, ölkəmizdə olan diktator rejim buna imkan verməmişdir. Azərbaycan hakimiyyəti xalqın gəlirlərini mənimsəməklə yanaşı, daxildə vətəndaşın haqqını və hüquqlarını boğmağa da çalışır. Aİ dəfələrlə siyasi məhbuslar, mətbuat azadlığı, korrupsiya, rüşvətxorluq kimi məsələləri Azərbaycanın qarşısında qaldırsa da, hakimiyyət bu problemlərdən yayınmağa çalışmışdır. Çox təəssüf ki, hər zamanki kimi,  Azərbaycan və Aİ arasında energetika sahəsində irəliləyiş olsa da, insani dəyərlər baxımından hələ də bir nəticə əldə olunmamışdır.

Mikayıl Əsədov.

Bunu paylaş: