Atət-in Minsk qrupunu Brüssel əvəz edir?

Azərbaycan Ermənistan arasında danışıqlar prosesində son vaxtlar Brüsselin aktivliyini görmək olar. İlham Əliyev və Nikol Paşinyanın görüşləri demək olar ki, 5 faiz də olsa, nəticə verməkdədir. Əsasən də danışıqlar prosesində hələlik texniki məsələlərin həlk edildiyini qeyd edə bilərik.
Niyə 5 faiz?…
Çünki beynəlxalq hüquqa nəzər etsək işğalçı və məğlub olan Ermənistan olsa da, yenə də danışıqlar bərabər hüquqda keçməkdədir. Sanki bu danışıqlar prosesi bizə ATƏT-in Minsk qrupunu xatırlatmaqdadır. Brüssel, eyniliklə atəşkəsin qorunmasını və ermənilərin mövqeyini az da olsa dəstəkləməkdədir.

Üstəlik də, digər tərəfdən Rusiyanın mövqeyini nəzərə almaq həm Azərbaycan, Ermənistan və Brüssel üçün vacibdir. Çünki bölgəmizdə problemi yaradan Rusiya olduğundan hələlik bütün razılıqların ondan keçdiyini görmək bir o, qədər çətin deyildir.
Məsələ burasındadır ki, Qərbin əli müəyyən bir nöqtəyə qədər çata bilər. Əsirlərin dəyişməsi, görüşlərin təşkili və s kimi…
Hansı tərəfdən baxsaq görərik ki, Brüssel bölgədə ATƏT-in Minsk qrupunun yeni formatıdır. Lakin bir az aktiv şəkildə…

Ermənistan və Azərbaycan dövlət başçılarının bir neçə dəfə Belçikada görüşü baş tutsa da, problemlə bağlı hələlik konkret nəticə əldə olunmamışdır.
Sonda inanırıq ki, Brüssel ATƏT-in Minsk qrupu kimi turist statusu adını almayacaqdır. Yaxın zamanlarda real nəticələr olacaqdır…

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın