ATƏT-in Minsk qurupuna layiqli cavab

 

Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun üzvlərini qəbul etmişdir. Ölkə başçısı ilə görüşə Fransa, ABŞ, Rusiya nümayəndələri Stefan Viskontini, Endrü Şoferi,Mixail Boçarnikov və Anji Kaspisik də qatılmışdır. Azərbaycan prezidenti açıq şəkildə Minsk qrupunun səriştəsizliyindən danışaraq onları məyus etmişdir. İ.Əliyev bildirmişdir ki, 30 ilə yaxın müddətdə ATƏT-in Minsk qrupu münaqişənin həll olunması üçün heç bir fayda verməmişdir. Ölkə prezidenti daha da sərt çıxış edərək bildirmişdir ki, dəfələrlə Minsk qrupunun liderləri : “münaqişənin hərbi həlli yoxdur”,- kəlməsini söyləmişlər. Amma Azərbaycan öz torpaqlarını hərbi yolla özü azad etdi .

Görünən odur ki, Qarabağ məsələsi artıq həll olunduğu üçün Azərbaycan birdəfəlik Minsk qrupundan imtina edəcəkdir. Yəqin ki, bu, sonuncu vida səfəridir. Sonunda İlham Əliyev onu da bildirmişdir ki, biz Minsk qrupunu Azərbaycana dəvət etməmişik, sadəcə, onlar bizimlə görüşmək istədikləri üçün bu görüşü qəbul etdim.

Mikayıl Əsədov.

Bunu paylaş: