ATƏT-in Minsk qrupu turistləri Bakıya gəlir?

 

Yaxın vaxtlarda ATƏT-in Minsk qrupunun üzvləri Azərbaycana və Ermənistana səfər edə bilər. Hələlik bu səfərin, hansı prosesə aid olduğu məlum deyildir. Əminliklə deyə bilərik ki, Qarabağ problemi artıq keçmişdə qalmışdır. Minsk qrupunun illərdir etmədiyi işləri Azərbaycan öz qəhrəman ordusunun hesabına 44 günə həll etdi. Fransa, Amerika, Rusiyanı Minsk qrupu cərçivəsində yalnız Ermənistan cəlb edə bilər. Nikol Paşinyan Rusiyadan ehtiyat etdiyindən, Ermənistanla Azərbaycan arasında sülhün nizamlanmasında Qərb qüvvələrinin iştirakını istəyir.
Ermənistan hərzamankı kimi öz xarakterinə sadiq qalmaqdadır. Yəni çətinliyə düşən kimi, kiminsə qucağına tullanmağa yerl olsun.

Ermənistan Baş Naziri sülh danışığında Azərbaycan prezidenti İlham Əliyev Əliyevdən sərhədlərin demarkasiyasına görə ATƏT-in Minsk qrupunu qəbul etməyini xahiş edə bilər. İnanmırıq ki, rəsmi Bakı bununla bir daha razılaşın. Çünki Azərbaycan tərəfi sülh danışıqlarının imzalanmasını daha illər boyu gözləyə bilməz.
Beləliklə, yaxın zamanda Minsk qrupunun ölkəmizə səfəri yalnız turist statusu xarakteri daşıya bilər.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın