ATƏT-in Minsk qrupu kimə lazım ?

ATƏT-in Minsk qrupu bəyanat yayaraq Azərbaycan -Ermənistan gərginliyini tərəflərin sülh yolu ilə həll etmələrinə çağırış etmişdir. Onlar son Tovuz hadisələrinin baş verməsi ,hər iki tərəfin şikayət və təkliflərini müzakirə etmişlər. Artıq 25 ildən çoxdur ki, bu münaqişənin həllində ATƏT-in Minsk qrupu bir işə yaramır. Faktiki olaraq Qarabağ və 7 rayon münaqişəsində dünyada olan bütün Beynəlxalq qurumlar kimin işğalçı, kimin isə zərər çəkən olduğunu tam sübuta etmişlər. Əgər Minsk qrupu bu günə kimi bu münaqişənin həllində bir sülhə imza atmamışsa,hansı halda sülh danışıqlarından söhbət aça bilərlər?
Minsk qrupunun əsas məqsədi Azərbaycan torpaqlarının Ermənistana verilməsinin təminatçısı olmaqdır. Yaxşı olar ki, Minsk qrupundakı Rusiya-Türkiyə ilə əvəz edilsin, səbəb isə bizim torpaqları işğal edənin Rusiyanın özü olmasıdır.Necə deyərlər, bu məsələ qurddan quzu istəmək kimi bir düşüncədir.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: