Arzu Nağıyev bunları Milli Məclisdə müzakirə et !!!

Hörmətli oxucular, Azərbaycanın Milli Məclisinin deputatı Arzu Nağıyev söyləmişdir ki, Rusiyanın Ermənistana hərbi yardımı Dağlıq Qarabağ və 7 rayonun qaytarılması işinə maneələr yaradır. Yəqin Arzu Nağıyevin bu münaqişədən hələ xəbəri yoxdur. Dağlıq Qarabağ və 7 rayonu işğal edən Rusiya özüdür. Arzu Nağıyevi narazı salan bir tərəf isə ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi olub.
Rusiya işğalda olduğu kimi, ATƏT -in Minsk qrupunun fəaliyyətində də iştirak edir və üzvdür. Əgər belədirsə, niyə Azərbaycan Rusiya ilə diplomatik əlaqələri dayandırmır və NATO-ilə əlaqələrini genişləndirmir ?
Artıq hər kəs bilir ki, Rusiya Ermənistana 30 ildən çoxdur silah verir. Bu isə açıq şəkildə Azərbaycana qarşı qərəzli mövqedir və bu işdə hakimiyyət rəsmi şəkildə etiraz notasını-Kremlə göndərməlidir. Bu cür etirazlar Milli Məclisdə müzakirə olunmalıdır.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: