Artıq illərdir xalqımızın gözlədiyi məqamlardan biri də, torpaqlarımızın işğaldan azad olunmasıdır

Demək olar ki, Azərbaycanda uzun müddətli döyüşə hazırlıq gedir. Artıq Azərbaycan Silahlı Qüvvələri son zamanlar bütün bölüklər üzrə intensiv təlimlər keçirməklə və bir tərəfdən də səfərbərlik elan olunmaqla döyüş vəziyyətinə hazırlıq gedir. Artıq illərdir xalqımızın gözlədiyi məqamlardan biri də, torpaqlarımızın işğaldan azad olunmasıdır. Açıq anlamaq lazımdır ki, Rusiya hər zaman olduğu kimi Ermənistanın yanında olacaqdır. Bu durumla bağlı bəzi Azərbaycanda olan rus agentləri əhalini çaşdıraraq şaiyələr yayırlar. Düşmən çox gözəl anlayır ki, Azərbaycan ordusu birinci Qarabağ döyüşləri zamanındakı kimi texnika və kadr baxımından kasadlıq çəkmir. Əgər 90 – cı ildə Azərbaycanın yanında dövlət yox idisə, indi Türkiyə və Pakistan kimi böyük güclü dövlətlər var. Artıq həm Ermənistan, həm də Azərbaycan tərəfindən döyüşlərə hazırlıq gedir. Artıq Qarabağ və 7 rayonumuzu xilas etmək vaxtı yaxınlaşır. Bundan sonrakı məsuliyyət isə prezident İlham Əliyev və Müdafiə Naziri Zakir Həsənovun üzərinə düşür. Bu işdə isə rusları super güc kimi sırıyan bəzi qüvvələr bilməlidirlər ki, rus ordusunun və silahının nə vəziyyətdə olduğunu Türkiyə artıq bir çox yerdə göstərdi.

Mikayıl Əsədov

Bunu paylaş: