Araik Arutyunyan Xocalıda göstəriş verdi

Hörmətli Azərbaycan xalqı, ölkəmizdə axtarışda olan, özünü qondarma Dağlıq Qarabağ Respublikasının rəhbəri kimi təqdim edən Araik Arutyunyan, bizlər üçün tarixi önəm kəsb edən Xocalı şəhərinə səfər etmişdir. O, səfəri zamanı Xocalı şəhərində tikilməkdə olan 100 erməni ailəsi üçün yaradılan yaşayış binası ilə tanış olmuşdur. O, bu tikintinin sürətlənməsinə də göstəriş verməyi unutmamışdı.

Erməni mediası Araikin bu hərəkətlərini korrupsiya ilə bağlamağa çalışır. Onların sözlərinə görə onun məqsədi tikinti aparmaq deyil, büdcədən pul oğurlamaqdır. Qeyd olunur ki, bu evlər müharibə zamanı evsiz qalan və Laçın şəhərindən köçürüləcək ermənilər üçün nəzərdə tutulur.

Bu gün Araik Arutyunyanın Xocalıya səfərinə Ermənistanın nə don geyindirməyi bizlərə maraqlı deyildir. Əsas odur ki, Xocalı şəhərinin hələ də Azərbaycana geri qaytarılmaması, orda ermənilərin istədiyini etməsi və İlham Əliyev hakimiyyətinin isə, sadəcə, müşahidəçi kimi hər şeyi seyr etməsi bizlərə böyük təhqirdir.

Biz bu gün bu yerə gəlmişik ki, Xocalı soyqırımını törədən rus – erməni terrorçuları bizə göz dağı vermək üçün Xocalı şəhərində istədiyini etməkdədir.
Bir daha qeyd edim ki, bu hadisə ilə bağlı hələlik Azərbaycan hakimiyyəti fikir bildirməmişdir. Sadəcə, uzaqdan baxmaqla kifayətlənməkdədir. Çox təəssüf ki, biz xalq olaraq ermənilərlə rusların və onlardan geri qalmayan rejimin oyunlarına hələ də dözürük.
Biz erməni – rus birləşmələrinin Xocalıda etdiklərini unutmamalıyıq; ən azından həmin soyqırımda amansızlıqla öldürülən körpələrin, qadınların, yaşlıların və günahsız insanların ruhu bizi bağışlamaz.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın