Araik Arutyunyanı uzaqda axtarmaq lazım deyil!!!

 

Hakimiyyətin quyruq bulayanları Xankəndindəki separatçıların Moskva görüşünü pisləməyə başlayıblar. Söhbət indiki Xankəndində fəaliyyət göstərən qondarma rejim rəhbərləri Araik Arutyunyan, David Babayan, Cəlal Arutyunyan, Armen Babacanyandan gedir. Azərbaycan tərəfi, bir müddət əvvəl bu şəxsləri cinayətdə əli olduğundan beynəlxalq axtarışa vermişdir. Lakin beynəlxalq axtarışda olan bu şəxslər, istədikləri kimi bir sıra xarici ölkələrə səfərə getməkdədirlər. Maraqlısı budur ki, Azərbaycan tərəfi bu separatçıların son Moskva görüşündən təsirlənməkdədir. Təbii ki, Araik Arutyunyanı və komandasını Rusiyanın yüksək rütbəli şəxsləri dəfələrlə qarşılamışdır.

Lakin, vəziyyətə digər rakursdan baxsaq yaxşı olardı. Fakt budur ki, bu separatçılar Azərbaycan torpaqlarında fəaliyyət göstərməkdədirlər.
Bəs niyə? İlham Əliyev onların həbsinə göstəriş vermir. Axı Azərbaycan ordusu Xankəndinin, düz iki kilometrliyində dayanmaqdadır və ordakı vəziyyətə tam nəzarət etməkdədir. Niyə? Azərbaycan hakimiyyəti bu separatçıları xarici ölkədə axtarır…

Söhbət 10 noyabr 2020 – ci il bəyanatından gedirsə, İlham Əliyev dəfələrlə :”Qarabağ Azərbaycandır” deyir. Xankəndi isə, Qarabağımızın tam mərkəzidir. Belə çıxır ki, İlham Əliyev onların orda maneəsiz hərəkəti barəsində öhdəlik götürüb?
44 günlük müharibənin bitməsinədən bir ildən çox vaxt keçsə də, Azərbaycanın beynəlxalq axtarışa verdiyi separatçılar bizim torpaqlarda istədiyi kimi hərəkət etməkdədir.
Yəqin ki, hakimiyyət xarici dövlətləri günahlandırmazdan əvvəl, özlərinin Rusiya qarşısında nə öhdəlik götürdüyü barəsində düşünməlidir.
Bir sözlə, Araik Arutyunyan və onun dəstəsi ilə aramızda bir neçə metr məsafə var, min kilometrlərlə məsafədə axtarmaq lazım deyil.

Xatırladaq ki, Ararik Arutyunyan bir müddət əvvəl, Ermənistan Baş Naziri Nikol Paşinyanla da görüş keçirmişdi. Azərbaycan tərəfi isə, hər zamankı kimi quru etiraz etmişdir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın