“Arı”səsləri Bakını bürüyüb

 

“Formula 1” yarışı şəhər sakinlərininin haqlı narazılığına səbəb olub. Mərkəzi küçələr yenə hasara alınıb və paytaxt sakinləri tıxac problemlərindən canını qurtarmamış,yenidən çətinliklə üzləşiblər. Səhərlər iş yerinə vaxtında çatmaq və geriyə dönüş xülyaya çevrilib. Problemlər içində çabalayan xalq, keçirilən yarışdan məmnun olmadıqlarını dilə gətirir.

Bağlanan küçələr bir yana, ambulans, polis, yanğınsöndürən nəqliyyatlara belə alternativ yol yoxdur. Formula yarışı bizim nəyimizə gərəkdir? Mərkəzi küçələrin bağlanması sürücüləri də yollarda qoyub.

Sakinlər nəqliyyatın iflic vəziyyətində olduğunu bildirərək, çox zaman evlərinə piyada getməli olduqlarını da bildiriblər. Dəmir hasarlar, şəhərimizi açıq aydın zindana bənzədir. Keçirilən yarışda ölkə olaraq iştirak etməsək də, amma ev sahibliyi edirik. Bu bizim nəyimizə gərəkdir? Öz vətəndaşının qayğısına qalmayan hakimiyyət, dünyaya özünü nümayiş etdirməkdən ötrü əlindən gələni əsirgəməyən dövlət, sanki yerli əhaliyə bilərəkdən divan tutur.Təki millətimizi düşünməsin Azərbaycan dövləti, qıraq ölkələrin gözündə ucalaq..Yardıma ehtiyacı olan o qədər vətəndaşımız var ki. Sizlər ( prezident və məmurları) isə bu xalqı daim sındırıb, alçaldın, ölkədən pərən salın, zülm verin. Bizlər də “tamaşa” edək..

Səsimiz çıxmadıqca, hakimiyyət bizə basqılarını artıracaqdır…Təki millət olaraq, naləmizi, ünümüzü dünyaya çatdırmayaq..”Var olsun belə prezident ki, bizi dünyaya “Formula 1″ -ilə tanıtdırır”. Xalq qırılsa da olar, təki yarışlar keçirilsin, ciddi mövzülar yaddan çıxsın, gündəmi lazımsız məsələlərlə doldurun, xalqın sərvətini ora – bura dağıdın, haqq səsini deyəni də hərzamankı kimi, ağzını bağlayıb bəbs edin.

Bir gün xalq ayağa qalxacaq, onda qaçmağa yer tapmayacaqsız..

Rəşad Şıxəliyev.

 

Bunu paylaş:

Bir cavab yazın