Aprel döyüşlərindən “Tərtər qətliamı” na doğru

2016 – cı il aprel ayının 1-dən 2-ə keçən gecə Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun təxribatlarına cavab verdi və qəhrəman əsgərlərimiz əks-hucuma keçərək bir neçə strateji ərazini azad etdi. Əslində elə Azərbaycan ordusu həmin vaxt erməni işğalında olan torpaqlarımızı azad etmək qabiliyyətində idi. Nəsə düz getmədi və nəticədə 4 apreldə əsgərimizin illərlə gözlədiyi əməliyyatlar dayandırıldı. Nəticədə Azərbaycan ordusu 370 nəfər şəhid verdi. İlham Əliyev Həmin zaman Suqovuşanın azad edildiyini bildirdi. Lakin bir neçə saatdan sonra Azərbaycanın mərd oğulları həmin ərazidə qətlə yetirildi. Hər şey 2017 – ci ildə “Tərtər 1767 Qətliamı” kimi tanınan hadisədən sonra aydın oldu.

Aprel döyüşndə Hikmət Həsənov, Nəcməddin Sadıkov, onun bacısı oğlu Ramil Əsgərov və bu kimilər İlham Əliyevi inandırmağa çalışıblar ki, ordu daxilində xainlik var və əməliyyatlar dərhal dayandırılsın. Müdafiə Nazirliyinin bir qrup xain, satqın generalları “Tərtər 1767 Qətliamı” nı törətməklə günahsız zabitlərimizi həbs edərək, işgəncələrlə döyərək öldürməklə, onları şərləməklə özlərini İlham Əliyevə təmiz göstərmək istəmişlər.
Lakin “Apel döyüşləri” ndə əsl satqın, xain Nəcməddin Sadıkov və bacısı oğlu Ramil Əsgərov, Hikmət Həsənov və s kimi generallar idi.

İllər keçdi, bunun 2020 – ci ildə 44 günlük Qarabağ müharibəsi zamanı şahidi olduq. Azərbaycan ordusu Ağdam, Tərtər istiqamətində müharibə ilə torpaq azad etmədiyi halda, həmin istiqamətdə ən çox şəhid vermişdir. Bu bir sirr deyildi ki, həmin zaman, həmin istiqamətdə orduya rəhbərlik edən Hikmət Həsənov və onun köməkçisi Nəcməddin Sadıkovun bacısı oğlu Ramil Əsgərov idi.

Fikir versəniz, 44 günlük döyüşlərdən sonra İlham Əliyev Nəcməddin Sadıkovu vəzifəsindən azad edir, Hikmət Həsənovu isə, digər vəzifə ilə təmin edir.

Burda bir sual ortaya çıxır: Niyə İlham Əliyev hələ də bu xain və satqınları həbs etdirmir? Cavab çox sadədir, görünür, Azərbaycan prezidenti İlham Əliyev özü də həmin cətənin üzvüdür. Bu səbəbdən, bu günə qədər “Tərtər 1767 qətliamı” nda günahsız öldürülən, həbs edilən, şikəst edilən insanların səsini eşitmək istəmir. Bu da bir sübutdur ki Tərtər hadisələrinin başında duran kimdir.
Aprel döyüşlərinin və Tərtər hadisələrinin bir-birinə bağlılığını görmək bir o, qədər də çətin deyil, necə ki, hakimiyyətdə olan xain və satqınlar kimi…

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın