Apardığınız islahatlar başınıza dəysin

 

Dövlət Sosial Müdafiə Fondunun PR direktoru Rəşad Mehdili adlı birisi, kimlərinsə sifarişi ilə ölkənin tanınmış hüquqşünası və aparıcı siyasi xadimlərindən olan Vidadi Mirkamalı ölkədə gedən “sosial islahatlara” kölgə salmaqda ittiham edib. Sosial Müdafiə sahəsində məmur işləyən, bu şəxsin deyəsən nə sosial müdafiənin, nə də islahatın nə olduğundan xəbəri yoxdur. Rəhbəri kimi, bu cənab da, elə bilir ki, dünənə kimi pensiya və müavinət alan 186 min pansiyaçını bu hüquqdan məhrum etmək, pensiya yaşını dayanmadan qaldırmaq, vətəndaşlara müavinət və yardımlar verilməsini kəsmək, uşaqpulları verməkdən kökündən boyun qaçırmaq, pensiya məbləğlərini, iqtisadi tənəzzül və bahalaşmaya mütənasib hər il artırmaq əvəzinə, günü-gündən aşağı salmaq, əlillik dərəcələri verilməsini qeyri mümkün etmək, 80 manat müavinət ödəməsinlər deyə, minlərlə qaziyə Müharibə Veteranı adı verməkdən qəsdən boyun qaçırmaq, hətta 65 yaşı ötmüş vətəndaşlara minimum müavinət verilməsindən illərlə yayınmaq bunların apardığı sosial islahatlardır. Başınıza dəysin, apardığınız islahatlar və təqaüdçüyə verməyə can çəkdiyiniz 200 manat.

Namizəd Səfərov.

Bunu paylaş:

Bir cavab yazın