Aparatda yoldaş Zülümovdur.

Bu gün Kremlin rəsmi saytında verilib ki, Putin və İlham Əliyev arasında telefon danışığı olub. Kremlin yaydığı məlumata görə söhbət ikitərəfli strateji əməkdaşlıqdan, iki dövlət arasında olan iqtisadi və sosial əlaqələrdən gedib və sonda Putin sərhəddə baş vermiş insident barəsində danışaraq bunun yolverilməz olduğunu bildirib. Necə deyərlər ,”tülkü həccə gedir” məsələsidir. Xatırladaq ki, sərhəddə baş vermiş insidentdən sonra Putinlə İ. Əliyev arasında əlaqələr olmamışdı. Birincisi, yəqin Türkiyənin Azərbaycana dönüşü Rusiyanı çox narahat edir. İkincisi isə Türkiyənin Azərbaycana dönüşünə İlham Əliyev tərəfindən öz imperatoruna hesabat verməsidir.

İmza;Mikayıl Əsədov.

Bunu paylaş: