Ancaq obyekt sahibinin öz ərazisində necə bir iş yeri açacağına qanuni olaraq qarşı çıxa bilmirlər

 

Kiçik qəsəbənin birində bir məscidin düz qarşısında ərazisi olan bir adam fahişəxana tikməyə başlayır. İmam və camaat buna şiddətlə etiraz edirlər. Ancaq obyekt sahibinin öz ərazisində necə bir iş yeri açacağına qanuni olaraq qarşı çıxa bilmirlər. Bütün camaatın yeganə etdiyi şey, imamın rəhbərliyi altında bu fahişəxana üçün hər gün qarğış etmək olur. İnşaat başa çatır və açılışına bir neçə gün qalanda ildırım çaxır, leysan yağış yağır, sonra şiddətli qasırğa olur. Təbii fəlakətin nəticəsində fahişəxana yerlə yeksan olur. Məscidin camaatı bu hadisəni eşitdikdə böyük məmnuniyyət hissi ilə Allaha etdikləri dua nəticəsində fahişəxana sahibinin cəzasını aldığını deyib, sevinirlər. Fahişəxananın sahibi məscidin imamını və insanlarını birbaşa məhkəməyə verir və küllü miqdarda ona dəymiş ziyana görə təzminat tələb edir. Məscidin imamı və insanları məhkəməyə etiraz edir və bu hadisədə heç bir günahlarının olmadığını deyib, iddialarınqətiyyətlə rədd edirlər.

Əl qərəz, Məhkəmə günü gəlir və hakim iddiaları diqqətlə araşdırır və tərəflərə dönüb:
-Bu mövzuda necə bir hökm verə biləcəyimi bilmirəm, deyir. Ancaq protokollara baxsaq ortada qəribə bir vəziyyət var. Tərəflərdən biri duanın gücünə inanan bir fahişəxana sahibi,
-Digəri isə duanın gücünə qətiyətlə inanmayan bir imam və məscidin insanları! Eyni ilə günümüzdə olduğu kimi. Dinsizlərin mənfəətləri uğrunda necə dindar göründükləri, dindarların da mənfəətləri uğrunda necə dini inkar etdikləri kimi…

Ülvi Novruzov.

Bunu paylaş:

Bir cavab yazın