Anar Əliyevin ağ yalanı

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyevin çıxışı cəmiyyətdə birmənalı qarşılanmamışdır. O öz ifadəsində bildirmişdir ki, nazir Sahil Babayev şəhid ailələrinin, müharibə əlillərinin, müharibə iştirakçılarının sosial təminatı ilə bağlı məsələni öz nəzarətində saxlamaqdadır. Onun sözlərinə görə guya nazirlik gecə- gündüz müharibə iştirakçılarının problemləri ilə məşğuldur.

44 günlük müharibədən təxminən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq hələ də ölkə şəhidlərin, qazilərin, müharibədə iştirak edən hərbçilərimizin haqqı taptalanmaqdadır. Bu bir reallıqdır ki, bu şəxslərin demək olar ki, hər gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında etiraz aksiyalarının şahidi oluruq. Təəssüf ki, iki ilə yaxındır hələ də ölkəmizdə bu problem bitmək bilmir. Bununla qəhrəman Azərbaycan hərbçilərinə qarşı hakimiyyətin diqqətsizliyini hər gün sosial şəbəkələr vasitəsi ilə də görüb eşitmək olur.

Nazir müavini Anar Əliyevin çıxışına fikir versək görərik ki, onun vəzifəsi Sahil Babayevi müdafiə etməkdən başqa bir şey deyildir. Yaxşı olardı ki, hər gün etiraz edən şəhid ailələrinin, qazilərin, hərbçilərin problemləri ilə məşğul olsunlar.
Görünür, Sahil Babayevlə birlikdə Anar Əliyev də qəhrəman Azərbaycan xalqının necə aciz vəziyyətdə olduğunu göstərmək istəyir.

Bilirik ki, ölkədə minlərlə əlilin əlillik statiusu əlindən alınmışdır. Bunu edən İlham Əliyev hakimiyyəti cəmiyyət qarşısında məsuliyyət daşımaq istəmir.
Təsəvvür edin, minlərlə əlilin aylıq müavinəti Sosial Müdafiəsi Nazirliyi tərəfindən kəsilmişdir. Görünür, Sahil Babayev və Anar Əliyev kimilər şəhid ailələrinin, qazilərin hərbçilərin, vətəndaşların kütləvi şəkildə pensiyalarını kəsməklə büdcəni mənimsəyirlər. Beləliklə, minlərlə insanın bir neçə aylıq pensiyası kəsilir, lakin büdcədən onların adına ödənişlər alınır. Elə məsələ burasındadır ki, bu gün Sosial Müdafiəsi Nazirliyinin vətəndaşların başına açdığı oyun bununla əlaqəlidir.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın