Amma, artıq gecdir

İlham Əliyev özünu xalqa sevdirmək üçün ara sıra kasıbları da yada salır, amma artıq gecdir bu kimi vədləri cox eşitmişik və qarnımız toxdur; bizə yeni nəfəs, yeni hakimiyyət lazimdir. 17 illik hakimiyyəti dövünde xalqın qayğısına qalmayan, xalq tərəfindən secilməyən prezident, indilərdə xatırlayır aciz bəndələri. Halbuki, bu kimi davranışları öz dövrü zamanında etməli idi. Öz dövrü-zamanı kəlməsini bilərəkdən yazmışam; artiq İlham Əliyev ve onun təyin etdiyi məmurlar hakimiyyətdən getməlidir, cünki Azərbaycan vətəndaşı olaraq, yurdumu mənim ve sadə vətəndaşların istədikləri kimi görmək bizim hüququmuzdur ve hakimiyyət kürsüsünə də xalq içindən çıxmış, xalq tərəfindən sevilən, dürüst bir insan gəlməlidir.

İmza : Rəşad Şıxəliyev.

 

,

 

Bunu paylaş: