Amma çox təəssüf ki…

Amma çox-çox təəssüflər olsun ki, hələ də Qarabağ məsələsi birbaşa Rusiya Federasiyasının nəzarətindədir. O da Qarabağı istədiyi kimi fırladıb yönəltməkdədir.Belə ki, cinayətkar
Harutunyan qaçıb rusun arxasında gizlənib, ona sığınıb, hətta Qarabağda açıqca gəzməkdədir, demək olar ki, öz kefindədir.
Sonda baş verənlərdən nəticə çıxararaq anlamaq olur ki, Qarabağda baş verən və verəcək hər şey Rusiya Federasiyası tərəfindən öncədən müəyyən edilib, kodlaşdırılıb həyata keçirilir.


Qarabağa gətirilən ilk rus sülhməramlıların sayı 1960 hərbiçi olub.
O da 1960 – ci ilə hesablanıb. Lakin Rusiya Federasiyası da artıq anlayır ki, indiki zamanın böyük, güclü Türkiyə dövləti ilə oyun oynamaq olmaz, olsa da bunu yanar odla oynamaq sansın, çünki sonda özü türkdilli dövlətlərin arasında külə dönüb, yox olar.
Rusiya Federasiyası sülhməramlıların başında general RUS-TAM-ovu Qarabağa yollamaqla, Azərbaycan və Ermənistan Respublikalarına bir daha demək istəyir ki, birdəfəlik anlayın və baş düşün “RUS- TAM”, yəni ruslar həmişə Qarabağda, Qafqazda olacaqlar.


Odur ki, əziz dostlar və qardaşlar, gəlin biz hər şeyi zamanın ixtiyarına buraxaq, Qarabağı düz 28 il zamanın ixtiyarına buraxdığımız kimi. Sonda heç nəyə baxmayaraq , ən azından istəyimizə biz xalq və dövlət olaraq nail olduq.

İlqar Quliyev.

Bunu paylaş: