Amerikanın xəbərdarlığı

Amerika Birləşmiş Ştatlarının Dövlət Departmentinin sözçüsü Ned Prays mühüm açıqlama vermişdir. O, ABŞ vətəndaşlarının dərhal Ukrayna və Rusiyanı tərk etmələrini istəmişdir. Çoxları bu sözləri müharibənin sakitləşdiyi vaxtda ölkələri tərk etmək əlverişli olduğunu biildirsə də, əsl səbəb başqadır. Bilirik ki, hələ ki, Rusiya Ukraynadakı əməliyyatlarının sayını müvəqqəti olaraq kəskin azaltmışdır. Görünür, Putin Zelenskiyə müvəqqəti fikirləşmək və qərar qəbul etmək üçün vaxt verib.

Amerika kəşfiyyatının yaydığı məlumata görə Rusiya sərhəddə çoxlu sayda ordu və dağıdıcı gücə malik hərbi texnikalar yığmaqdadır.
Zelenskinin bu yaxınlarda açıqlaması onun göstərir ki, Putinin şərtləri ilə razı ola bilməz. Bu səbəbdən Ned Praysın açıqlamasında böyük məna vardır. Amerika rəhbərliyinin birbaşa sözçüsü qeyd etmək istəyir ki, Putin bu dəfə daha dağıdıcı və Böyük ordu ilə hüçuma keçəcəkdir.

Hələlik aranın sakit olmasından istifadə etmək Amerika vətəndaşları üçün çox vacibdir. Bu gün Amerika kəşfiyyatının yaydığı məlumata görə Rusiya sərhəddə daha böyük döyüş qırıcıları və muzdlu əsgərlər toplamışdır.
Reallıq bunu göstərir ki, müharibənin ikinci hissəsi daha da dağıdıcı olacaqdır. Bu səbəbdən Ned Praysın sözlərinə diqqət yetirmək lazımdır. ABŞ Dövlət Departmenti birbaşa həmin ölkənin kəşfiyyatının sözlərini deməkdədir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın